2019-cu ilin may ayında Tripolidə casusluq ittihamı ilə tutulan rusiyalı Maksim Şuqaley və Samer Sueyfan sərbəst buraxılıb.
KONKRET.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Rusiya Milli Dəyərləri Qoruma Fondunun rəhbəri Aleksandr Malkeviç bu barədə məlumat verib.
Şugaley və Sueyfanın dünən Rusiyaya dönəcəyi bildirilirdi. Liviya hakimiyyəti hələ də rusların sərbəst buraxılması ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Rusiya tərəfi Şuqaley və Sueyfanın bir araşdırma təşkilatının işçiləri olduğunu bildirsə də, Liviya səlahiyyətliləri rusların “Wagner” muzdlu qoşunları ilə əlaqə yaradan casus olduğunu iddia edirdilər. “Ələ keçirilən kompüter məlumatlarına görə, ruslar Liviyada olduqları müddətdə Muhammər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi ilə bu ölkədə hakimiyyətə gəlməsi üçün əlaqə qurublar”, – deyə ittihamda bildirilirdi.
Natiq Səlim,
KONKRET.az
