Rusiyalı hakerlər Finlandiya parlamentinin saytına hücum etdibackend

Rusiyalı hakerlər Finlandiya parlamentinin saytına hücum etdi

Rusiyanın “NoName057” haker qrupu Finlandiya parlamentinin saytına kiber hücum edib.

KONKRET.az xəbər verir ki, bu barədə qrupun “Telegram” kanalında məlumat verilib.

“Biz NATO-ya üzv olmaq istəyən qonşu Finlandiyaya “dostluq” səfəri etmək qərarına gəldik və bu ölkənin parlamentinin saytında daxili icazə xidmətini ləğv etdik”, – deyə hakerlərin bəyanatında bildirilib.

Hadisədən bir müddət sonra Finlandiya Parlamentinin veb saytına daxil olmağa çalışdıqda xidmətin IP ünvanının tapılmaması barədə bildiriş görünüb.

Haker hücumu faktı artIq parlament tərəfindən də təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*