Rusiyalı milyarder vətəndaşlıqdan İMTİNA ETDİbackend

Rusiyalı milyarder vətəndaşlıqdan İMTİNA ETDİ

Milyarder Yuri Milner ailəsi ilə birlikdə Rusiya vətəndaşlığından imtina edib.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, iş adamı bu barədə tviterdə yazıb:

“Bu yay biz rəsmi olaraq Rusiya vətəndaşlığından imtina prosesini başa çatdırdıq”

Onun sözlərinə görə, o və qohumları 2014-cü ildə ölkəni tərk ediblər. Sahibkar 1999-cu ildə İsrail vətəndaşlığını alıb.

Milner Rusiyanın Forbes siyahısında 15-ci yerdədir. Onun sərvəti 7,3 milyard dollar qiymətləndirilir. O, “DST” Global İnvestisiya Fondunun yaradıcısıdır.

Qeyd edək ki, Yuri Milner son aylarda Rusiya vətəndaşlığından imtina edən üçüncü milyarderdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*