Rusiyalı müğənni Lalə Azərtaşın çağırışına qoşuldu – Ərinin ayaqlarını yudu –  FOTObackend

Rusiyalı müğənni Lalə Azərtaşın çağırışına qoşuldu - Ərinin ayaqlarını yudu - FOTO

Müğənni Dilya Niqmatullina hər gün ərinin ayağını yuyur.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, o, bununla bağlı şəkli internetdə yayıb. Həyat yoldaşının ad günü ilə bağlı paylaşımında müğənni bildirib ki, 43 yaşlı ərini həyatından da artıq sevir. Və onun ayaqlarını bundan sonra da  hər gün yumağa hazırdır.

Qeyd edək ki, bu yaxınlarda məşhur aparıcı Lalə Azərtaş canlı yayımda boşanmalar barədə danışarkən deyib ki,

“Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan. Hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”.

Onun bu sözləri sosial şəbəkələrdə geniş şəkildə paylaşılaraq, sərt tənqidlərə səbəb olub. Lakin bəzi sosial şəbəkə istifadəçiləri aparıcının sözlərinə haqq qazandırıb.

Görünən odur ki, Dilya Niqmatullina Lalə Azərtaşın çağırışına qoşularaq bu addımı atıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*