Rusiyalı senator: “Donbasda Qarabağ senarisinin həyata keçirilməsi qeyri-mümkündür”backend

Rusiyalı senator: "Donbasda Qarabağ senarisinin həyata keçirilməsi qeyri-mümkündür"

“Geosiyasi baxımdan danışsaq, bu, bir neçə səbəbdən nəticə verməyəcək. Birincisi, DPR və LPR-in Ermənistanla deyil, Rusiya ilə ortaq  sərhədi var. Və bu, həlledici amildir. İkincisi, Türkiyə açıq şəkildə Azərbaycana kömək etdi. Ukrayna mövcud vəziyyətdə ABŞ-dan və ya NATO-dan hərbi dəstəyə arxalana bilməz. Bu, ən yaxşı halda dolayı yolla ola bilər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri senator, Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin üzvü Aleksey Puşkov Donbasla Qarabağı müqayisə edərkən deyib.

Rus siyasətçi qeyd edib ki, “Kiyev Qarabağdakı müharibə nümunəsi ilə Donbas problemini həll etmək planı üzərində işləyir. Ancaq Donbasda Qarabağ senarisinin həyata keçirilməsi qeyri-mümkündür”.

Senatora görə, “Kiyevdən getdikcə daha çox məlumat gəlir ki, Donbassda Qarabağ senarisini tətbiq etməyi planlaşdırırlar, deyirlər, əgər Azərbaycan bacardısa, onda Ukrayna niyə bacarmasın?”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*