Rusiyanın 3 təyyarəsi və 3 helikopteri VURULDUbackend

Rusiyanın 3 təyyarəsi və 3 helikopteri VURULDU

“Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun dəf olunması nəticəsində 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib”.

KONKRET.az xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri, Quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə son sutkada Rusiyanın 15 hədəfini – 9 PUA-sını (“Orlan-10”), 3 təyyarəsini (“Su-34”, “Su-35”, “Su-25”) və 3 helikopterini (2 “Mi-8” və bir “Ka-52”) məhv edib. Məlumata görə, Ukraynanın Novoaydar şəhərindəki mərkəzi rayon xəstəxanasına Rusiyanın 50-dən çox hərbçisinin meyiti, 220 yaralı hərbçisi yerləşdirilib.//Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*