“Rusiyanın ABŞ-a qarşı ən güclü kozırdan istifadə etməsinin vaxtı çatıb” – Satanovski nəyi nəzərdə tutur?backend

“Rusiyanın ABŞ-a qarşı ən güclü kozırdan istifadə etməsinin vaxtı çatıb” – Satanovski nəyi nəzərdə tutur?

“Moskvanın əlində ABŞ-a böyük zərbə vurmağa qadir “güclü kozır” var”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri tanınmış politoloq Yevgeni Satanovski səsləndirib. O, Rusiya hakimiyyətinin ABŞ-a niyə uran tədarük etdiyini anlamadığını deyib. Ən güclü sanksiyalar fonunda Rusiyanın ABŞ-ın enerji sektorunu “xilas etmək” üçün uran ixracını əsirgəmədiyini dilə gətirib:

“Onsuz da dünya müharibəsi astanasında olan Rusiya və ABŞ arasında açıq qarşıdurma gedir. Belə bir şəraitdə Rusiyanın niyə uran ixracını dayandırmadığını kim izah edə bilər” – Satanovski vurğulayıb.

“Əgər Vaşinqton Rusiya ilə dialoqda kompromislər haqqında düşünmürsə, o zaman nəyə görə biz onların enerji sektoruna yardım etməliyik? Moskvanın təslim olmasına ehtiyac varmı? – deyə Satanovski sual ünvanlayıb.

Satanovski əmindir ki, ABŞ-a qarşı ən böyük kozırı istifadə etməyin vaxtı çatıb.  Çünki Rusiyanın Qərbə olan ümidləri Kremlin özünü təhdid edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*