Rusiyanın Tümen vilayətində bütün məktəb və ticarət mərkəzlərinin minalandığı iddia olunur.
KONKRET.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı məktəblərin pedaqoq heyəti və şagirdləri təxliyə olunub, ticarət mərkəzlərinin isə təxliyəsinə hazırlıq işləri aparılır.
Hazırda məktəblərdə və ticarət obyektlərində axtarışlar davam etdirilir. Hüquq-mühafizə orqanları hələlik məsələyə münasibət bildirməyib./oxu.az/
