Rusiyanın daha 20 tankı məhv edildi – Ukrayna Quru Qoşunlarıbackend

Rusiyanın daha 20 tankı məhv edildi - Ukrayna Quru Qoşunları

Çerniqov şəhəri istiqamətində “Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib. İşğalçı qüvvələr canlı itki verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, “Şimal” bölməsi həmçinin Çerniqov şəhərinə doğru irəliləyən Rusiya texnikasının kolonunu məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib.

“Çerniqov müdafiəni saxlayır və düşməni məhv edir”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*