“Rusiyanın hərbi personalı Aİ-ni ötə bilər” – Alman generalbackend

"Rusiyanın hərbi personalı Aİ-ni ötə bilər" - Alman general

“Mövcud təhdidləri nəzərə alaraq, Almaniyanın müdafiə büdcəsi növbəti illərdə ardıcıl olaraq artırılmalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikri Bundesverin baş müfəttişi Karsten Breuer “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

Bundesverin silah, sursat və texnikaya artan ehtiyaclarına işarə edən general, “Bizə artan büdcə lazımdır” deyib.

General hazırda aktiv şəkildə silahlanan Rusiyadan potensial təhlükəyə diqqət çəkib.

Onun hesablamalarına görə, Moskva hərbi personalının sayını 1,5 milyon nəfərə çatdırmağı planlaşdırır ki, bu da bütün Aİ-də olduğundan çoxdur.

“Bundan əlavə, Rusiya tankların istehsalını artırır və artıq köhnələrini atmır, onları bərpa etməyə və istifadəyə yararlı hala gətirməyə çalışır”, – o əlavə edib.

Alman generalın fikrincə, Rusiyanın NATO-ya hücumu yaxın 5-8 il ərzində mümkün ola bilər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*