Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
***
12:06
Kabildə Rusiyanın Əfqanıstandakı səfirliyi qarşısında partlayış baş verib.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 15-20 nəfərin öldüyü və ya yaralandığı bildirilir.
Partlayış səfirin viza üçün müraciət edənləri qəbul etdiyi vaxt baş verib.
Səfirlik hələlik hadisə ilə bağlı şərh verməkdən imtina edib.
“Al Arabiya”nın məlumatına görə, partlayış kamikadze tərəfindən törədilib.
İqbal Rzayev,
KONKRET.az
