“Rusiyanın məğlubiyyəti Türkiyə üçün xoşagəlməz vəziyyətə gətirib çıxara bilər” – ŞƏRHbackend

"Rusiyanın məğlubiyyəti Türkiyə üçün xoşagəlməz vəziyyətə gətirib çıxara bilər” - ŞƏRH

“Rusiya Federasiyasının Ukraynadakı  müharibəsi Türkiyənin həm Rusiya, həm Aİ, həm də NATO üzərində təsir rıçaqlarını artırıb. Bu, Ankaranın bir çox məsələlərdə vasitəçilik rolunun güclənməsinin nəticəsi idi”.

KONKRET.az xəbər verir ki, bir sıra siyasi şərhçilər, o cümlədən Xanna Notte belə hesab edir ki, Ukraynadan taxıl ixracı və ya əsirlərin dəyişdirilməsi məsələsində əsas rolu Türkiyə oynayıb. Məhz bundan sonra artan vasitəçilik fəaliyyəti nəticəsində rəsmi Ankara daha cəsarətli xarici siyasət yeritməyə başlayıb:

“Türkiyə yəqin ki, Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibədə bu ölkəni bir qədər zəifləmiş görmək istərdi, nəinki müharibədə qalib və ya uduzacaq bir Rusiyanı. Çünki Rusiyanın bu müharibədə məğlubiyyəti və rüsvayçılığı Türkiyə üçün xoşagəlməz vəziyyətə gətirib çıxara bilər”.

Eskpertlərin bəzilərinə görə, burada başqa bir məqam var. Ankaranın Moskva ilə beynəlxalq münaqişələrin deeskalasiyasında uğurlu əməkdaşlığının uzun tarixi var, baxmayaraq ki, onlar müxtəlif maraqları güdürlər. Hər iki ölkə Suriyada işlək əməkdaşlıq modeli yaratdı – əvvəlcə Suriya üzrə Astana Qrupu vasitəsilə, sonra ikitərəfli əsasda. Onlar birlikdə Liviyada vətəndaş münaqişəsinin həlli cəhdlərində və Qarabağ münaqişəsinin sülh prosesində iştirak ediblər. Düşünürəm ki, Türkiyə bütün məsələlərdə Rusiya ilə birgə işləməyə üstünlük verəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*