
Rusiya raketinin bir hissəsi Qazaxıstanın qərb əyalətinin Bokeyordin rayonuna düşüb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Kazinform nəşri yayıb.
Məlumata görə, raket parçası Rusiya sərhədindən 3 kilometr aralıda, Qərbi Qazaxıstan əyalətinin Bokeyordin rayonunda tapılıb.
Bokeyordin valisi Nurlan Rəhimcanov açıqlamasında Rusiyanın raket hissəsinin bölgəyə düşdüyünü və yanvarın 30-da sərhədçilər tərəfindən tapıldığını təsdiqləyib.
O, dünən Rusiyanın təlim keçirdiyini deyib: “Raket parçasının oradan gəldiyini düşünürük. Hadisə yerində işçi qrupları işləyir. Ölən və yaralanan yoxdur”.
Yanvar ayının əvvəlində Qazaxıstanın Aktobe vilayətində bir kənd ərazisinə də Rusiya raketi düşmüşdü.
Qazaxıstan Müdafiə Nazirinin müavini Murat Bektanov ölkə ərazisinə düşən raket səbəbindən Rusiyanın ölkədəki sınaq yerlərindən istifadə etməsi üçün razılaşmaya dəyişiklik edilməsini istəyəcəklərini söyləyib.
KONKRET.az
