Rusiyanın “Su-35” qırıcıları Belarusda döyüş hazırlığına gətirildibackend

Rusiyanın “Su-35” qırıcıları Belarusda döyüş hazırlığına gətirildi

Rusiyanın “Su-35” qırıcıları Belarusda döyüş növbətçiliyinə başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə  Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Su-35” qırıcıları Belarusun Baranoviçi aerodromunda İttifaq dövlətinin sərhədlərinin mühafizəsi üçün döyüş hazırlığına gətirilib.

Şərti düşmən rolunu Belarusun hücum aviasiyasının tərkibində olan “Su-25” təyyarəsi yerinə yetirib. Rusiya Aerokosmik Qüvvələrinin pilotları uçuşların sahələrini və marşrutlarını öyrənib.

Qeyd edək ki, fevralın 10-dan, 20-dək müttəfiqlər birgə təlimlər keçirəcəklər. Rusiya və Belarus hərbçiləri xarici təcavüzün qarşısının alınması və terrorizmlə mübarizə, xüsusilə, silah və sursatların çatdırılması, habelə qanunsuz silahlı birləşmələrin və təxribat-kəşfiyyat qruplarının məhv edilməsi vəzifələrini yerinə yetirəcəklər.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*