“Rusiyanın təklifləri məqbuldursa, dərhal prosesə başlamaq lazımdır” – Koçaryanbackend

“Rusiyanın təklifləri məqbuldursa, dərhal prosesə başlamaq lazımdır” - Koçaryan

“Əgər Ermənistanın Baş naziri Rusiyanın Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflərini məqbul hesab edirsə, deməli, bu ölkənin maraqlarından çıxış edir”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi, parlamentin müdafiə və təhlükəsizlik üzrə komissiyasının rəhbəri Andranik Koçaryan deyib.

“Əgər Baş nazir Rusiyanın təklifləri bizim üçün məqbuldur deyirsə, o zaman sıfır nöqtəsi də bizim üçün məqbuldur. Və dərhal demarkasiya və delimitasiya prosesinə başlamaq lazımdır”, – deyə Koçaryan bildirib.

Onun sözlərinə görə, sıfır nöqtəsi sərhədin keçməli olduğu xəttdir. “Neçənci ilin xəritələri sıfır nöqtəsi hesab edilə bilər?” sualına cavab olaraq komissiya rəhbəri deyib ki, söhbət beynəlxalq strukturlar tərəfindən təsdiq edilmiş hüquqi əsası olan sənədlərdən gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*