Türkiyənin xüsusi xidmət orqanları 2016-cı ildə Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun işi ilə bağlı daha bir nəfəri saxlayıb.
KONKRET.az xəbər verir ki, fotosərginin açılışı zamanı Andrey Karlovu qətlə yetirən və hadisə yerində öldürülən polis əməkdaşı Mevlüt Mert Altıntaşın həyat yoldaşı İstanbulda saxlanılıb.
Məlumata görə, sözügedən şəxs İstanbulda FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı saxlanılıb.
Xatırladaq ki, A.Karlov 2016-cı ilin dekabrında Ankarada baş tutan fotosərginin açılışında öldürülüb. Ankara İkinci Ağır Cinayətlər Məhkəməsi Karlov cinayəti ilə əlaqədar 5 nəfərə ömürlük, 8 nəfərə 5 ildən 15 ilədək həbs cəzası verib, 6 nəfər isə bəraət alıb.
