“Britaniya qoşunları Rusiyaya qarşı döyüşməyəcək”.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “BBC”yə müsahibəsində bildirib.
O bunun Avropa müharibəsinə səbəb olacağını, buna görə də Böyük Britaniya qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməyəcəyini təsdiqləyib.
“Ukrayna NATO-ya daxil deyil, Böyük Britaniya əsgərlərinə hücum alyansa hücum kimi qiymətləndiriləcək”,- deyə nazir qeyd edib.
