“Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyik” – Macarıstandan Qərb dövlətlərinə XƏBƏRDARLIQbackend

"Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyik" - Macarıstandan Qərb dövlətlərinə XƏBƏRDARLIQ

“Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləməyəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

O bildirib ki, əgər yeni sanksiyalar paketində “Qazprom” və ya “Qazprombank”a qarşı məhdudiyyətlər nəzərdə tutulsa, bu zaman ölkəsi həmin sanksiyaları dəstəkləməyəcək.

O, həmçinin qeyd edib ki, Macarıstan qaz embarqosu məsələsini müzakirə etməyə hazır deyil.

Xatırladaq ki, daha öncə Macarıstanın baş naziri Viktor Orban sanksiyaların və Rusiya qazına qoyulan embarqonun Avropa iqtisadiyyatını məhv edəcəyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi isə qeyd edib ki, Moskva neft, neft məhsulları və qazın ixrac coğrafiyasını genişləndirmək niyyətindədir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*