“Rusları Qafqaz dağlarına necə qaytarmaq olar?” – Rusiyalı müəllifdən amerikalı yazıçıya CAVABbackend

"Rusları Qafqaz dağlarına necə qaytarmaq olar?" – Rusiyalı müəllifdən amerikalı yazıçıya CAVAB

Qərb mediasında tez-tez Rusiya ilə bağlı çıxışlar edən məşhur amerikalı yazıçı və analitik Paul Goble “Rusları Qafqaz dağlarına necə qaytarmaq olar?” məqaləsinə reaksiya verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, Kremlin rus əhalisinin Qafqazdan çıxarılmasını dayandırmaq cəhdlərinin  indiyə qədər heç bir nəticə vermədiyini xatırladıb. Analitikin fikrincə Qafqazın dağlıq bölgələrində rus əhalisi ilə birlikdə yaşamaq münaqişələrə səbəb ola bilər:

“Bir tərəfdən Şimali Qafqaz respublikalarının əhalisi demək olar ki, rus olmayan yerli tərkiblə eyni kökdəndir. Orada Rusiyanın forpostlarının qurulması, ruslar olmayan ərazilərdə rus əhalisinin məskunlaşdırılması bölgənin ən ciddi problemlərindən birini daha da ağırlaşdıracaq. Bu problem isə torpaq qıtlığıdır. Əhali artdıqca isə torpaq uğrunda mübarizə daha da şiddətlənib. Moskva etnik rusları bu qarışığa daxil etsə, o zaman kiçik qarşıdurmalar etno-milli insidentə çevrilər” – Paul Goble bildirib.

Rusiyalı müəllif isə Yevgeny Tsots isə fikri ilə maraqlandığı üçün Paul Gobleyə təşəkkürünü bildirib. O qeyd edib ki, rusların Qafqaza qayıtması ilə bağlı təkliflər çox vaxt oradakı respublikaların rəhbərliyindən gəlir: “Bu isə həm Rusiyada, həm də Qafqaz respublikalarında yaşayan millətlərin yaxşı münasibətləri nəticəsində mümkünə çevrilib. Rusların ora qayıtmasına ehtiyac varmı? Sual olduqca mürəkkəbdir və dəqiq cavab yoxdur. Lakin Şimalı Qafqaz silsiləsinin bir hissəsi oradakı respublikalardan kənarda, yəni  Krasnodar diyarında yerləşir. Bildiyiniz kimi, Qərbi Qafqaz Anapa sərhədlərindən başlayır. Burada isə uzun müddət ərzində heç bir etnik məskunlaşma olmayıb və kənd təsərrüfatı sahəsi inkişaf etməyib. Ümumiyyətlə bu ərazi, çoxlu ovların olduğu Şərqi Qafqazdan daha pis inkişaf edib” – müəllif fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*