“Rusları sərhədə doğru qovuruq” – Ukrayna Milli Qvardiyasının rəsmisibackend

"Rusları sərhədə doğru qovuruq" - Ukrayna Milli Qvardiyasının rəsmisi

Kiyevin yaxınlığındakı İvankova, Borodyanki və Kozaroviç rayonlarında döyüşlər davam edir.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının rəsmisi Xariton Starski deyib.

“Məlumata görə, gecə Hava Hücumundan Müdafiə Qüvvələri Müdafiə Nazirliyinin yerləşdiyi rayonu atəşə tutmaq istəyən iki təyyarə vurub”, – Starski bildirib.

Onun sözlərinə görə, rus ordusu dünən İvankovonu tutmağa cəhd edib:

“Lakin hazırda həmin ərazidə düşmənin yalnız yanmış texnikalarını görmək olar. Hazırda İvankovada Ukrayna ordusu rusları Rusiyaya tərəf qovur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*