Saakaşvili Batumidən görüntülər paylaşdı – YENİLƏNİB + VİDEObackend

Saakaşvili Batumidən görüntülər paylaşdı - YENİLƏNİB + VİDEO

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanın Batumi şəhərindədir.

KONKRET.az xəbər verir ki, M. Saakaşvili özünün “Facebook” hesabında Batumidən video yayıb.

Saakaşvili öz tərəfdarlarını sabah keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə çağırıb.

“Bura Batumidir. Biz oktyabrın 2-də seçkilərdə iştirak etməli, Vahid Milli Hərəkat partiyasına səs verməliyik”, – sabiq prezident qeyd edib.

***

09:36
“Sabahın xeyir, Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*