“Saakaşvili çevriliş etməyə görə gəlib” – Gürcüstan hakimiyyətibackend

"Saakaşvili çevriliş etməyə görə gəlib" - Gürcüstan hakimiyyəti

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin çevriliş etmək, habelə iğtişaşlar yaratmaq üçün vətəninə gəldiyi bildirilib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının rəhbəri, parlamentin keçmiş spikeri İrakli Kobaxidze jurnalistlərə məlumat verib:

“O, çevriliş etmək və ölkədə iğtişaşlar törətmək üçün Gürcüstana gəlmişdi. Buna görə də hüquq-mühafizə orqanları onun yeni cinayətinin qarşısını almaq üçün bütün tədbirləri gördü”.

Kobaxidze əlavə edib ki, Saakaşvilinin saxlanılması və sonradan həbsxanaya göndərilməsi ilə bağlı prosedurlar mövcud hüquqi normalara uyğun davam etdirilir.
Hakim partiyanın rəhbəri onu da bildirib ki, Gürcüstan hakimiyyəti Saakaşvilinin saxlanılması ilə bağlı bütün məlumatları Ukrayna tərəfi ilə də bölüşəcək.

Qeyd edək ki, Mixail Saakaşvilinin həbs olunması xəbərini ötən gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*