Saakaşvili dərman qəbul etməyə razılıq verdibackend

Saakaşvili dərman qəbul etməyə razılıq verdi

“Oktyabrın 1-dən aclıq aksiyası keçirən Mixail Saakaşvili qida qəbul etməyə başlamayacaq, lakin dərman müalicəsinə razıdır”.

KONKRET.az xəbər verir ki, bunu Mixail Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili deyib.

Saakaşvili qeyd edib ki, həbsdə qalmağa davam etdiyi müddətdə heç bir formada qida qəbul etməyəcək və ölməyə hazırdır. Lakin sağlam düşünə bilməsi üçün dərman qəbul etməyə razıdır.

Qeyd edək ki, Gürcüstanın Səhiyyə Nazirliyi yanında yaradılan həkim qrupu oktyabrın 19-u Saakaşvilini ziyarət edib. Həkimlər siyasətçinin klinikaya yerləşdirilməsi ilə bağlı rəy veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*