“Saakaşvili əfv yolu ilə azad olunacaq” – Vəkili AÇIQLADIbackend

"Saakaşvili əfv yolu ilə azad olunacaq" - Vəkili AÇIQLADI

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəkili Beka Basilaya mətbuata açıqlama verib.

KONKRET.az xəbər verir ki, Basaliya açıqlamasında komandasının sabiq dövlət başçısını hakimiyyətə ictimai təzyiqin köməyi ilə tələb olunmaqla, əfv yolu ilə həbsxanadan azad etmək istədiyini bildirib.

Vəkil iddia edib ki, keçmiş dövlət başçısına işlər siyasi motivlər üzrə qaldırılıb, o sabiq prezidentin azad edilməsi siyasi məsələ olacaq.
“Hər necə də olsa, Mişa Saakaşvili yeni gürcü dövlətinin yaradıcısıdır. Demokratik ölkələr onu siyasətçi kimi qəbul edir, Avropa Birliyində deputatlar və ABŞ senatorları onunla görüşürlər. Qərb belə təqibə çox dəqiq reaksiya verməli olacaq. Gürcüstan rəhbərliyi onu həbsxanadan buraxacaq” , – deyə hüquqşünas qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*