“Saakaşvili ÖLÜM AYAĞINDADIR” – Qardaşı AÇIQLADIbackend

"Saakaşvili ÖLÜM AYAĞINDADIR" - Qardaşı AÇIQLADI

Saakaşvilinin səhhəti daha da pisləşib, o, artıq yerindən tərpənə bilmir.

KONKRET.az xəbər verir ki, bu barədə qardaşı Giorgi Saakaşvili məlumat verib. O bildirib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti çox pissir. O, artıq müstəqil hərəkət edə bilmir. Siyasətçinin vəkili ağır xəstəliklərə görə azadlığa buraxılması üçün vəsatətlə məhkəməyə müraciət etdiyini açıqlayıb.

Noyabrın 26-da Gürcüstanın 13 QHT birgə bəyanatında qeyd edib ki, hakimiyyət Saakaşvilinin xaricdə müalicəsi ilə bağlı onun həyat və sağlamlıq hüququna əsaslanaraq qərar verməlidir. Noyabrın 29-da vəkil bildirib ki, Saakaşvilinin bədənində arsen aşkarlanıb.

Əvvəllər Mixail Saakaşvilinin vəkili onun səhhətinin təhdidli vəziyyətini dəfələrlə bəyan edib. Həbs olunduğu üçün o, 50 günlük aclıq aksiyasına başlayıb,

Vəkillər tələb ediblər ki, əcnəbi həkimləri Saakaşvilinin yanına buraxsınlar. Onların gəldiyi nəticəyə əsasən, Saakaşvilinin cəzasına möhlət verilməsini və ya xaricə müalicəyə göndərilməsini tələb etsinlər. Oktyabrın əvvəlində Saakaşvilini müayinə edən amerikalı həkim onun səhhətindəki bir çox problemlərinin həll oluna biləcəyi qənaətinə gəlib.

“Vəziyyəti getdikcə pisləşir. Ya yatır ya da oturur. Klinikaya köçürüləndə özbaşına ora gedirdi, indi onun hərəkəti çətinləşib. Həkimlər deyirlər ki, belə davam etsə, hər şey ölümcül sonlana bilər, qardaşım ölə bilər”, –  Giorgi Saakaşvili deyib.

O, Mixail Saakaşvilinin müalicə üçün xarici klinikaya köçürülməsini tələb edib. “Onun artıq çəkisi 79 kiloqramdır, Gürcüstana gələndə 118 kiloqram idi. Əgər hakim “Gürcü arzusu” partiyasının üzvləri Saakaşviliyə klinikada baş çəksəydilər, onun vəziyyətinin nə qədər kritik olduğuna əmin olardılar”, – Giorgi Saakaşvili bildirib.

Vəkil Şalva Xaçapuridze bildirib ki, Mixail Saakaşvilinin müdafiəsi onun cəzadan azad edilməsi və ya ağır xəstəliklərə görə cəzanın dayandırılması üçün tezliklə məhkəməyə müraciət edəcək.

“Ərizə hazırlanıb. Bu gün maksimum sabah məhkəməyə ərizə verəcəyik. Tibbi rəydə səhiyyə nazirinin müvafiq əmrinə əsasən cəzadan azad olunmağı nəzərdə tutan ağır xəstəliklər qeyd olunub. Belə üç hal və təcrübə var”, – Xaçapuridze deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*