Saakaşvilidən XƏBƏR VAR: Siyasətçi psixiatrik müayinə OLUNDUbackend

Saakaşvilidən XƏBƏR VAR: Siyasətçi psixiatrik müayinə OLUNDU

Saakaşvili psixiatrik müayinə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə siyasətçinin vəkili Şalva Xaçapuridze məlumat verib.

Tbilisiyə gələn amerikalı tibb eksperti Erik Qoldsmit Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə-psixiatrik ekspertizasını keçirib.

Onun sözlərinə görə, hazırda tədqiqatın birinci hissəsi başa çatıb, ikinci mərhələ isə bir neçə saatdan sonra həyata keçiriləcək.

“Ekspert məhkəmə-psixiatrik ekspertizası keçirdi, söhbət diktofonla lentə alınıb. İkinci hissə sınaqdan keçir. Yekun hesabata üç-dörd gün vaxt lazımdır”, – deyə vəkil bildirib.

Xaçapuridze qeyd edib ki, yekun hesabat iki suala cavab verməlidir: siyasətçi ağır xəstədirmi və bu, onun əvvəlki cəzasını çəkməsinə mane olurmu.

O əlavə edib ki, bazar ertəsi, avqustun 29-da Saakaşvilinin yanına BMT eksperti gələcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*