Saakaşvilinin səhhəti ilə bağlı açıqlamabackend

Saakaşvilinin səhhəti ilə bağlı açıqlama

Eks-prezident Mixail Saakaşvili müalicə kursu keçir və özünü yaxşı hiss edir.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın 18 saylı həbsxana xəstəxanasının baş həkimi Manana Elefterova deyib.

“Saakaşvili 8 noyabrdan 18 saylı xəstəxanada müalicə alır. Ciddi həkim nəzarətindədir. Bütün lazımi laborator müayinələr aparılır, lazımi dərmanlar verilir. Həyati təhlükəsi yoxdur”, – deyə baş həkim bildirib.

Qeyd edək ki, Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze isə ötən günki açıqlanmasında keçmiş prezidentin səhhətinin kəskin pisləşdiyini, hətta onun çarpayıdan qalxa bilmədiyini söyləmişdi./axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*