Saakaşvilinin tərəfdarları məhkəmə binasını mühasirəyə aldılar – Yaralananlar var + YENİLƏNİBbackend

Saakaşvilinin tərəfdarları məhkəmə binasını mühasirəyə aldılar - Yaralananlar var + YENİLƏNİB

Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı 15 nəfər saxlanılıb.

KONKRET.az bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.

Bildirilib ki, həmin şəxslər polisin qanuni tələbinə əməl etməyiblər.

***

 12:30
Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsinin ətrafına toplanmış aktivistlərlə polis arasında qarşıdurma baş verib.

KONKRET.az xəbər verir ki, məhkəmə binasının yaxınlığındakı beton məhəccərə dırmanmağa çalışan etirazçılara polis icazə verməyib.

Nəticədə tərəflər arasında fiziki qarşıdurma yaranıb, xəsarət alanların olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə əlaqədar yaydığı bəyanatda aksiyanın təşkilatçılarını və siyasi liderləri zorakılığa yol verməməyə çağırıb.

Saakaşvilinin tərəfdarları məhkəmə binasını mühasirəyə aldılar - Yaralananlar var
Saakaşvilinin tərəfdarları məhkəmə binasını mühasirəyə aldılar - Yaralananlar var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*