Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.
KONKRET.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə lider “Qarabağ” səfərdə “Zirə” ilə qarşılaşıb və 6:0 hesabı ilə qalib gəlib.
“Sumqayıt” isə “Sabah”ı qəbul edəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
15 fevral
17:00. “Sumqayıt” – “Sabah” – 0:2 (İkinci hissə)
Qollar: Şakir Seyidov, 59, Ozan Can Kökcü, 62
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
“Kapital Bank Arena”
15:00. “Zirə” –“ Qarabağ” – 0:6
Qollar: Bədavi Hüseynov, 4, Xayme, 11, Mahir Emreli, 14, Ailton, 28, Zubir, 61, Qeye, 85
Qırmızı vərəqə: Cavid Hüseynov, 68 (“Zirə”)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
16 fevral
16:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”
19:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“Bakcell Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 17 | 11 | 5 | 1 | 31-7 | 38 |
| 2 | Neftçi | 16 | 7 | 6 | 3 | 23-12 | 27 |
| 3 | Keşlə | 16 | 7 | 5 | 4 | 20-14 | 26 |
| 4 | Sumqayıt | 16 | 6 | 4 | 6 | 21-22 | 22 |
| 5 | Zirə | 17 | 5 | 5 | 7 | 21-30 | 20 |
| 6 | Sabah | 16 | 4 | 4 | 8 | 17-22 | 16 |
| 7 | Səbail | 16 | 4 | 3 | 9 | 11-25 | 15 |
| 8 | Qəbələ | 16 | 3 | 4 | 9 | 17-29 | 13 |
