Sabah hava dumanlı olacaqbackend

Sabah hava dumanlı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 2-4° isti, gündüz  8-10° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 771 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz  60-70 % olacaq.  

Yanvarın 27-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 3° şaxtadan 2°-dək  isti, gündüz  6-11°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-5° isti  olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*