Mayın 14-də Fransanın Kot d’Azur sahilində Kann Beynəlxalq Film Festivalı açılır.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, müsabiqə proqramında 22 rəsm əsəri var.
Tamaşaçıların görəcəyi ilk film fransız rejissoru Quentin Dupieux-nun “İkinci akt” filmi olacaq. Münsiflər heyətinə amerikalı rejissor, ssenarist, “Balaca qadınlar”, “Ledi quş” və “Barbi” kimi filmlərin müəllifi Qreta Qerviq rəhbərlik edəcək.
Aprel ayında kinosevərlərə 2024-cü il Kann Film Festivalının rəsmi proqramı təqdim olunub.
Qeyd edk ki, Kann kinofestivalı ilk dəfə 1939-cu keçirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az