“Sabah” klubunun legioneri zədələndibackend

"Sabah" klubunun legioneri zədələndi

“Sabah” klubunun futbolçusu Xuan Kamara zədələnib.

KONKRET.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Murad Musayev səfərdə “Zirə”yə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XVI tur matçından sonra açıqlama verib.

Rusiyalı mütəxəssis ispaniyalı yarımmüdafiəçinin “Neftçi” ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda (1:3) xəsarət aldığını bildirib: “Sabah MRT müayinəsindən keçəcək. Bundan sonra vəziyyətini biləcəyik”.

Qeyd edək ki, Xuan Kamara ötən ilin iyulundan “Sabah”da çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*