“Sabah” qəzetinin yazarı Yavuz Donat zəlzələdən sonra Malatyaya səfəri ilə bağlı təəssüratlarını “Orda bir kənd var” başlığı ilə yazıb.
KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, o, türk kinosunun unudulmaz adlarından biri olan Kamal Sunalın (Şaban) Malatyanın Doğanyol rayonunun Gökçe kəndində doğulduğu evin zəlzələdə məhv edildiyini bildirib.
Kamal Sunalın doğulduğu ev barədə kəndlilərdən soruşan Donata belə cavab veriblər:
“Zəlzələdə dağıldı … Torpağa çevrildi”.
Qeyd edək ki, Türkiyə Elazığda yaşanan zəlzələ fəlakəti ilə sarsılıb. 6.8 bal gücündə Elazığ zəlzələsindən sonra 41 nəfər ölüb, 607 nəfər yaralanıb. Malatyadakı zəlzələdə də insanlar həyatlarını itiriblər.
KONKRET.AZ
