Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi – Nə tələb edir?backend

Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?

Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edib.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş icra başçısının iddiası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qarşısıdır.

Mehdi Səlimzadənin iddiasına Abşeron Rayon Məhkəməsində baxılacaq. İş hakim Mirnəsir Mirhəsənlinin icraatındadır.

Mehdi Səlimzadə 1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert, 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004-cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupunun rəhbəri və komitənin ilk sədri, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifələrində çalışıb.

O, 2016-cı ildə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2022-ci il fevralında vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*