Sabiq nazir: “Paşinyan xain damğasını üstündən atmağa çalışır”backend

Sabiq nazir: “Paşinyan xain damğasını üstündən atmağa çalışır”

“Nikol xain damğasını üstündən atmaq üçün özünə bəraət qazandırır. Buna görə də kreslosundan bərk yapışıb”.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan “Facebook” səhifəsində yazıb.

“Nikol özünü sağa və sola köpüklü hirs qusan xarici ölkə agentlərindən daha az müdafiə edir (qorxu da qəzəblənməyə səbəb olur). İstəsəniz ona uğursuz, bacarıqsız, bisavad, psix və s. deyin. O, kefini pozmur. Qalmaq şansının olmadığını bilir. İndi məsələləri sırf tarix naminə həll edir.

Paşinyan tarixdə məğlub, uğursuzluq simvolu olaraq qalmağı qəbul edir, ancaq xain olaraq qalmaq istəmir. İndi vəzifəsindən bu problemi həll etmək üçün istifadə edir. Olmayacaq. Heç bir nəticə verməyəcək”, – deyə sabiq nazir vurğulayıb.virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*