Tramp 355 milyon dollar CƏRİMƏ EDİLDİbackend

Tramp 355 milyon dollar CƏRİMƏ EDİLDİ

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı dələduzluq işi üzrə 355 milyon dollar məbləğində cərimə edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, eyni zamanda Donald Trampa üç il ərzində hər hansı Nyu-York korporasiyasında vəzifə tutmaq və hər hansı Nyu-York maliyyə müəssisəsindən kredit almaq üçün müraciət etmək qadağan olunub. Trampın iki oğlu – kiçik Donald və Erik də 4 milyon dollar məbləğində cərimələnib.

Tramp hakimi və Nyu-York baş prokurorunu korrupsiyada və “ədalətsiz oyunda” ittiham edərək, onların Co Baydenin maraqlarına uyğun “əcinnə ovu” apardıqlarını söyləyib.

Eks-prezidentə qarşı iddianı təmin edən hakim Artur Enqoronun qəbul etdiyi qərarda bildirilib ki, Donald Tramp və oğulları on il ərzində saxta maliyyə hesabatları təqdim ediblər. Onlar sərvətlərinin və aktivlərinin dəyərini milyardlarla dollar məbləğində şişirtməklə daşınmaz əmlak əməliyyatlarında banklardan və sığorta şirkətlərindən daha yaxşı şərtlər əldə etmək istəyiblər. Trampların dəyərini artırdığı aktivlər arasında Nyu Yorkdakı “Trump Tower” və Floridadakı “Mar-a-Laqo” iqamətgahı var.

Trampın vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bidiriblər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*