Sabirabadda 15 qanunsuz silah götürüldübackend

Sabirabadda 15 qanunsuz silah götürüldü

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Keçirilən müvafiq tədbirlər nəticəsində 15 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*