Sabirabadda bir nəfərin ölümcül yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az Reporta istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı-Qarağac kəndi istiqamətində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil “Hundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində rayonun Azadkənd kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Nəbi Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həkimlərin səyinə baxmayaraq, N.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
