Şabran rayonunda 24 yaşlı gənc Xəzər dənizində batıb.
KONKRET.az xəbər verir ki, hadisə Xəzər dənizinin Şabran rayonunun Çayqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şabran şəhər sakini, 24 yaşlı Asif Elçin oğlu Quliyev dənizdə çimərkən batıb.
Mərhumum meyitinin axtarışına FHN-nin dalğıc-axtarış qrupu cəlb edilib, hazırda axtarışlar davam edir.
