ŞAD XƏBƏR: Qadınların pensiya yaşı aşağı salına bilər…backend

ŞAD XƏBƏR: Qadınların pensiya yaşı aşağı salına bilər...

Azərbaycanda qadınların pensiya yaşının azaldılması məsələsi yenidən gündəmə gəlib. Son illərdə pensiya yaşının mərhələli şəkildə artırılması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. Xüsusilə, ağır iş şəraitində çalışan və məşğulluq problemi yaşayan qadınlar üçün bu məsələnin yenidən nəzərdən keçirilməsinin vacibliyi vurğulanır.

Bəs mövcud sosial-iqtisadi şəraitdə qadınların pensiya yaşının endirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, pensiya yaşı əsasən beynəlxalq standartlara və insanların orta ömür uzunluğuna uyğun müəyyən edilir:

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub

“Bizdə ölüm yaşı təxminən 74 yaş civarındadır. Tibbin inkişafı nəticəsində bunun 75-77 yaşa qədər yüksələcəyi proqnozlaşdırılır. Pensiya yaşının artırılması ilə bağlı əsas arqumentlərdən biri də budur. Hazırda işsizlik və məşğulluq problemləri insanların pensiya təminatı məsələsini daha həssas mövzuya çevirib.

İnsanların pensiya təminatı məsələsində yaş amili ciddi narahatlıq doğurur. Bir qrup insan üçün bu çox vacib məsələdir. Prosesi necə düzgün tənzimləmək olar – əsas müzakirə mövzusu budur.”

F.Mustafanın sözlərinə görə, məsələyə cəmiyyətdə birmənalı yanaşma yoxdur:

“Elə insanlar var ki, işlə təmin olunduqlarına görə pensiya yaşının artırılmasını o qədər də problem hesab etmirlər. Amma indiki şərtlərdə müəyyən kateqoriyadan olan qadınlar üçün pensiya yaşının azaldılması insanların həyatını daha da rahatlaşdıra bilər.”

Müşviq Tofiqoğlu
KONKRET.az

  • İlham
    May 9, 2026 - 01:17

    İstər kişilərin, istərsədə qadınların pensiya yaşı azaldılmalıdır. İl ildən çox ağır gəlir. Bu boyda Nefti, Qazı, və hər bir sərvəti olan ölkənin vətəndaşı səfalət içərisində yaşayır. Nə uşaq pulu verilmir. Ermənistan qədər də olmadı bu ölkə..?

  • Tahire
    May 9, 2026 - 20:56

    Salam mənim 51 yaşım var.işləmirem iki açiq əməliyyat olmuşam iki əməliyyata olmaliyam işləyə bilmirem xəstəyəm.belə getse iki il ömrum qalib qalmayib.bu qeder insanlarin ahini qargişini goturməsin yuxarda oturanlar.aç suz yerde qalmişam.tək qadinlari xeste qadinlari işsizləri bir zehmət prezdent yada salsin.55 xanimlar 60 kişilər pensiya yaşi olmalidir ..

Tahire üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*