“Sağ olsunlar, namizəd olduğum dairədən namizəd vermədilər” – Partiyalar arasında seçki anlaşması?backend

“Sağ olsunlar, namizəd olduğum dairədən namizəd vermədilər” - Partiyalar arasında seçki anlaşması?

Seçki həm də rəqabət, siyasi mübarizədir. Amma bəzən siyasi güclər seçkilərdə daha uğurlu kampaniya aparmaq məqsədilə koalisiyalar yaradırlar.

Maraqlıdır, siyasi partiyalar konkret dairələr üzrə koordinasiyalı fəaliyyət göstərə və şansı daha yüksək qiymətləndirilən namizədin xeyrinə bir-birlərinə güzəşt edə bilərlərmi?

Bununla bağlı KONKRET.az bəzi partiyaların mövqeyini öyrənib.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa belə bir əməkdaşlıq formasında problem görmədiklərini deyib:

Fazil Mustafa güllələndi — Yenilənib

“Hər partiya özü mojaritar seçki isteminin tələbinə uyğun olaraq daha güclü namizədlərin kampaniyasına daha çox diqqət yetirir. Əslində biz heç başqa dairələrdən də namizəd irəli sürməmişik. Hansi dairədən qalib gələ biləriksə, o dairələr üzrə işləyirik. Amma hansısa partiya ilə əməkdaşlıq edə bilərik. Yəni hansısa dairədə, hansısa partiyanın namizədinin şansları daha yüksək qiymətləndirilərsə, bununla bağlı əməkdaşlıq formasını tapmaq olar. Bu məsələdə heç bir problem yoxdur. Amma seçkilərdə hansısa partiyalarla koalisiyaya getməyi nəzərdə tutmuruq”.

REAL Partiyasının sədri Natiq Cəfərli müstəqillik dönəmindən bəri siyasi partiyaların yaratdığı seçki birliklərinin iğurlu olmadığını xatırladıb:

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşün səbəbini açıqladı - GlobalInfo.az

“Təəssüf ki, ölkəmizdə seçki ittifaqları ilə bağlı müsbət örnəklər çox azdır. Lakin, funksional əməkdaşlıq örnəkləri var. REAL Partiyası bu günə qədər heç bir koalisiyada olmayıb. Yəqin ki, bundan sonra da olmayacaq. Çünki biz öz ideoloji xətimizi ilk gündən şəffaf şəkildə açıqlayan partiyayıq. Yəni bu siyası xəttə və ideoloji duruşa üstünlük verənlər varsa, zatən REAL Partiyasına gəlirlər. Başqa siyasi partiyaların isə məqsəd və ideoloji xətlərini açıq şəkildə elan etdiklərini görməmişik. Düşünürəm ki, birliklər şəxslər ətrafında olmamalı, ideoloji platformalar, yol xəritələri üzərində qurulmalıdır. Təəssüf ki, Azərbaycanda belə bir ənənə formalaşmayıb. Amma dediyim kimi funksional əməkdaşlıq mümkündür. REAL Partiyası bir qayda olaraq seçkiləri baykot edən, nə istədikləri bilinməyən partiyalar istisna olmaqla, seçkilərə qatılan bütün partiyalarla funksional əməkdaşlığa, diskussiyalara açıqdır. Son zamanlar bizim bir çox partiyalarla internet televiziyalarda debatlarımız, şəxsi görüşlərimiz olub. Amma, bu təmaslar seçki kontekstində deyil. Çünki biz bu seçkilərdə hansısa koalisiya qurmaq fikrində deyilik”.

Budəfəki seçkilərdə partiyaların hansısa ittifaqının qurulmadığını xatırladan Ağ Partiya başqanı Tural Abbaslı bununla belə, müəyyən məqamların nəzərə alındığını da gizlətməyib:

Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu

“Bu seçkilərdə partiyalar arasında hər hansı bir birlik, blok formalaşmadı. Partiyalar seçkilərə təkbaşına qatılmağı üstün tutdular. Ağ Partiya da eynilə belə davrandı. Düzünə qalsa, seçkilərə birgə getməklə bağlı bizə müraciət edən də olmadı. Ağ Partiya da kiməsə müraciət etmədi. Biz öz namizədlərimizi müəyyənləşdirdik və sənədləri dairələrə təqdim etdik. Təbii ki, bəzi müttəfiq və dost partiyalar var idi ki, biz onların sədrlərinin namizəd olduğu dairələrdən namizəd vermədik. Sağ olsunlar, onlar da mənim namizəd olduğum dairədən namizəd irəli sürmədilər. Bu danışıqsız anlaşma idi. Amma əməkdaşlıq hər zaman mümkündür. Seçkilərə qədər də, seçki günü də funksional əməkdaşlıq mümkündür. Mümkündür ki, hansısa məntəqələrdə müşahidəçilərimiz bir-biri ilə informasiya mübadiləsi aparsın, bir-birimizə dəstək verək, bir-birimizin namizədlərinin hüquqlarını qoruyaq. Amma fundamental əməkdaşlıq və ya seçkilərə birgə qatılmaq niyyəti yoxdur. Zatən cəmiyyətdə seçki ajiotajının olmaması partiyalar arasında birgə əməkdaşlığa neqativ anlamda təsir edir”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə hesab edir ki, seçki yarışında partiyaların birgə fəaliyyəti uğur gətirə bilər:

Arzuxan Əlizadə Avropa Parlamentinə seçkiləri müşahidə edəcək - DƏVƏT -  AKTOR.az

“Seçki siyasi mübarizədir və bu prosesdə ayrı-ayrı təşkilatların, siyasi partiyaların birgə fəaliyyət göstərməsi bir çox hallarda uğur gətirə bilir. Azərbaycanın siyasi tarixində də belə hallar olub. Bəzi seçkilərdə bir sıra təşkilatlar bir mərkəzdə təmərküzləşərək ortaq fəaliyyət göstəriblər. Siyasi partiyalar arasında ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Hətta ayrı-ayrı namizədlərin fəaliyyətlərinin birgə koordinasiya edilməsi ilə bağlı razılaşmalar olub. İndi isə seçkilərin ilkin mərhələsidir, imzatoplama kampaniyası gedir. Məndə olan məlumata görə, ayrı-ayrı partiyalar imzatoplama kampaniyalarında bir-birlərinə kömək ediblər. Bu proses davam etməkdədir. Namizədlər qeydə alındıqdan sonra təbliğat mərhələsi başlayır. Bu mərhələ partiyalar arasındakı münasibətlərin mənzərəsini ortaya qoyacaq. AMİP seçkilərə qatılmış istənilən siyasi təşkilatlarla birgə mövqe nümayiş etdirməyə açıqdır”.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*