Şahbaz Şərif İran və Türkiyəyə səfər edəcəkbackend

Şahbaz Şərif İran və Türkiyəyə səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərqdə gərginliyin azaldılması və müharibənin dayandırılması istiqamətində aparılan diplomatik təşəbbüslər çərçivəsində 3-6 iyul tarixlərində İran və Türkiyəyə rəsmi səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın “Dawn” nəşri Baş nazirin dəftərxanasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, səfər zamanı Şahbaz Şərif İran və Türkiyə rəhbərliyi ilə danışıqlar aparacaq. O, həmçinin Tehran və Vaşinqtonu sülh prosesinə dəstək verməyə və İslamabad anlaşma memorandumunda nəzərdə tutulan öhdəliklərə əməl etməyə çağıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*