Şahbuzda ağır yol qəzası olub.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib.
Dağlıq ərazidə hərəkətdə olan “Toyota Prado” markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.
Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri – 1975-ci il təvəllüdlü Nazim Abdullayev, onun qızı, 2017-ci il təvəllüdlü F.Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyev ölüb.
Hadisə nəticəsində daha 9 nəfər – 2025-ci il təvəllüdlü V.Şıxəliyeva, 2025-ci il təvəllüdlü R.Abdullayev, 2004-cü il təvəllüdlü Nəzrin İsmayılova, 2025-ci il təvəllüdlü U.İsmayılov, 1985-ci il təvəllüdlü Sərraf Abdullayev, 2010-cu il təvəllüdlü Ceyran Abdullayeva, 2016-cı il təvəllüdlü F.Şıxəliyeva, 1983-cü il təvəllüdlü Vüsalə Abdullayeva və 2014-cü il təvəllüdlü G.Şıxəliyev xəsarət alıblar.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
