Sahibkarlar qan ağlayır: “Meyvələrimizi sata bilmirik” – VİDEObackend

Sahibkarlar qan ağlayır: "Meyvələrimizi sata bilmirik" - VİDEO

Azərbaycandan Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının ixracı artıq bir müddətdir dayandırıılıb.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, Rusiyanının Ukraynaya hərbi müxadiləsindən sonra rublun dəyər itirməsi fermer və sahibkarların bu ölkəyə marağını azaldıb.

Alma istehsalı ilə məşğul olan sahibkarlar hazırda Rusiyaya mal aparıb satmağın sərfəli olmadığını deyirlər.

Buna səbəb kimi rublun son 2 həftə ərzində sürətlə dəyər itirməsini göstərirlər.

Rublun ucuzlaşması ilə yanaşı, yük maşınlarının sərhəddə yubanması səbəbindən məhsulların itkiyə getməsi də sahibkaları xeyli ziyana salıb.

Sahibkarların sözlərinə görə, hər il bu vaxtlar anbarda olan məhsulların 70-80 faizi satılırdı. Hazırda isə heç 40 faizi də satılmayıb.

Dövlət Gömrük Komitəsindən isə Rusiya ilə sərhəddə sıxlığın hazırda əhəmiyyətli dərəcədə azaldığı və yaxın günlərdə tamamilə aradan qaldırılacağı bildirilib.

Emin Kərimov,
KONKRET TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*