Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.
Elektron media resursları Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində açıq mənbələrdə heç bir məlumatın olmadığını yazır.
KONKRET.az xəbər verir ki, Aktualinfo.org-un apardığı araşdırmada məlum olub ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.
Amma burada bir maraqlı nüans var. Ağaməmmədova Xanım Şamil qızı 1951-ci il təvəllüddür. Maraqlıdır 72 yaşlı bir qadın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzilləri necə satın alacaq?
Qeyd edək ki, Azərbaycanda dövlət satınalmalarında bu kimi hallara tez-tez rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nə qədər satınalmaların şəffaf keçirilməsi barədə açıqlamalar yaysa da, faktlar göz qarşısındadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satınalmalarda yol verdiyi ciddi qanun pozuntuları barədə də kifayət qədər ciddi məlumatlar var. 72 yaşlı bir qadını fiziki şəxs kimi 2.531.250 manat məbləğində tenderin qalibi çıxarmaq elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ola bilər.


Enerjili aktiv bir kadındır.
Cəmiyyətə xeyri dəyə bilər.
Özünə inanıb tenderi udub
Yəqin ki keyfiyyətli və sərfəli xidmət göstərəcək.
Niyə də yox?
Bir sualım var …. Özünün xəbəri var?
Burada müzakirəlik heç nə yoxdur. Adi bir keçi də bilir ki, məsələ nə yerdədir.
Bir onu deyə bilırəm ki, utanmaq sözü bunlara aid deyil.
Həqiqətəndə həyasızlığın bir həddi hüdudu olmalıdır.Bu məmur klanı sadə əhalini nə hesab edirlər görəsən.Niyə bu qədər dərəbəylikdir?
Adə nə yapışmısınız qoca qarıdan. Sahil kimdir ki kidirsə nəsə versin. O boyda Prezident aparatı var, H. Əliyev foduar, rəhbərin qulluğunda duran şəxslər var ki, hal hazırda ADYtikinti ASÇ ni AzərenerjiAsc Azərsu ASC MN SMNazirliyi və s. qurumları himayə efən qurumlar var ki hər ay …. alırlar və tederləri, digər dövlətə aid işləri onlara verirlər. Narahat olmayın Sahil zad kimdir ? Tender nədir. Hər tenderi təndir edənlərin öz ” kuratorlerı” var. Tak çto narahat olmayın. Birdə gördünüz 95 yaşında yataq xəstəsi ” dahi binesmen” əmək qəhramanı o(ö)ldu
Burada hecne yoxdur bir yasli Insana sebeni var veribler 70 den tamam Bank ve Devlet memuru boyun olub pul vermez , ikinci Bank Insana 5000 verende deyer qünorta axsam qelim Sizde yatim ucuncu Xoş Teassuratla deye bileremki Sahil bilir kime ne verir Indi o boyda pulun 4de bir hissesi kececek bunlarin cibine Teki Arvadda 👈 yuz yasasin o pulu qeri qaytara bilsin Kimin qrupda eli var ödeyecek