Şahnazaryan Ayaz Mütəllibovdan danışdı – Ermənilər onu niyə ləkələmək istəyirlər?backend

Şahnazaryan Ayaz Mütəllibovdan danışdı - Ermənilər onu niyə ləkələmək istəyirlər?

Ayaz Mütəllibov Ermənistan hakimiyyəti ilə əməkdaşlıq etmək istəyib.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan bildirib. Kanal 5-ə müsahibəsində Şahnazaryan vurğulayıb ki, Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Moskvadan olduğu müddətdə ölkədən qovulduqdan sonra Ermənistanın o vaxtkı rəhbərliyi ilə əlaqə saxlamaq üçün fürsət axtarırdı. Şahnazaryanın sözlərinə görə, o dövrdə Ermənistanın Moskvadakı səfiri Feliks Mamikonyan onunla görüşüb.

Şahnazaryan deyib: “Onun Azərbaycanda az şansları olduğunu və ona olan marağı itirdiyini başa düşdüyümüzdən onunla dərin əlaqələr yaratmadıq”.

Göründüyü kimi, erməni mediası Ayaz Mütəllibovdan acığını çıxmağa çalışır. Şahnazaryanın dili ilə onu ləkələmək istəyən erməni təbliğatı əlbəttə öz niyyətinə çata bilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*