Sakinlər Bakı-Quba yolunu bağladılar – Polis işə qarışdı – VİDEObackend

Sakinlər Bakı-Quba yolunu bağladılar – Polis işə qarışdı VİDEO

Bu gün Bakı-Rusiya sərhəddi avtomagistralının Bakı-Quba yolu istiqamətində Yeni Yaşma bağlarında yaşayan bir qrup sakin yolu bağlayıblar.

KONKRET.az xəbər verir ki, səbəb kimi 40 gündən artıq yaşayış məntəqəsinin sularının gəlməməsi göstərilib. Dəfələrlə su idarəsinə müraciətlər etsələr də hər dəfə 1-2 günə su gələcək cavabı alan sakinlər artıq bu boş yerə verilən vədlərdən bezdiklərini bildirilər.

Təqribən 40-45 dəqiqə bağlı qalan avtomagistral polis əməkdaşlarının dinc müdaxiləsindən sonra açılıb. Hazırda hər iki istiqamətə hərəkət normaldır.

Mənbə: Sumqayıt Rəsmi Səhifə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*