Salyanda ağır qəza: 1 ölü, 1 yaralıbackend

Salyanda ağır qəza: 1 ölü, 1 yaralı

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan KİA markalı avtomobil anidən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Namaz Qurban oğlu Babayev hadisə yerində ölüb, 2007-ci il təvəllüdlü Nahid Sadiq oğlu Orucsoy müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxs ilkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*