Salyanda avtomobillər toqquşdu – Üç nəfər xəsarət aldıbackend

Salyanda avtomobillər toqquşdu - Üç nəfər xəsarət aldı

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb. Belə ki, “Daewoo” narkalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*