Salyan rayonunda Vətən Müharibəsində şəhid olan hərbçinin atası vəfat edib.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, Vətən Müharibəsində şəhid olmuş 21 yaşlı Elməddin Qasımovun atası, 1976-cı il təvəllüdlü Aqil Qasımov qəfil dünyasını dəyişib.
Allah rəhmət eləsin!
